525.Az

Fil Dişi Sahilində hökumətlə qiyamçılar arasında razılıq


 

Fil Dişi Sahilində hökumətlə qiyamçılar arasında razılıq <b style="color:red"></b> Fil Dişi Sahilində hökumətlə qiyamçı hərbçilər arasında razılıq əldə olunub.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, razılığın Buake şəhərində ölkənin müdafiə naziri Riçard Donvayinın qiyamçılarla görüşündə əldə edildiyi bildirilir.
 
Ötən həftə Fil dişi Sahilində hərbçilər ölkənin ikinci ən böyük şəhəri olan Buakedə nəzarəti ələ keçirmişdilər. Eyni zamanda Daloa və Korhoqo şəhərlərində hərbi qulluqçular qiyam qaldırmışdılar. Hərbçilər maaşların artırılması və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edir.
 





14.01.2017    çap et  çap et