525.Az

Tailandda uşaqlar üçün aviaşouda təyyarə yerə çırpıldı


 

Tailandda uşaqlar üçün aviaşouda təyyarə yerə çırpıldı<b style="color:red"></b> Tailand Hərbi Hava Qüvvələrinə məxsus JAS 39 Gripen qırıcı təyyarəsi Milli Uşaq günü münasibətilə keçirilən aviaşouda qəzaya uğrayıb.
 
APA-nın "Bangkok Post"-a istinadən verdiyi məlumata görə, hadisə Sonqkxla əyalətinin Xatyay şəhərində qeydə alınıb.
 
Yerə çırpılan təyyarə partlayıb və tamamilə yanıb. Pilot həlak olub.
 
Hadisə uşaqların gözü qarşısında baş verib.
 
Hadisənin araşdırılması üçün hökumət komissiyası yaradılıb.
 





14.01.2017    çap et  çap et