525.Az

“Xarı bülbül” Ləzgi Dram Teatrının səhnəsində


 

“Xarı bülbül” Ləzgi Dram Teatrının səhnəsində <b style="color:red"></b>

Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yeni səhnə əsərini təqdim edəcək.

AzərTAc xəbər verir ki, Ramiz Duyğunun ssenarisi əsasında hazırlanan “Xarı bülbül” tamaşasında yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapacaq.

Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb. 50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.

Bir aya yaxındır məşqləri gedən tamaşa yanvarın 19-u və 20-si Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək.

 





14.01.2017    çap et  çap et