525.Az

37 nömrəli marşrutun istiqaməti müvəqqəti dəyişdirildi


 

37 nömrəli marşrutun istiqaməti müvəqqəti dəyişdirildi<b style="color:red"></b>

Yanvarın 16-da Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığı üçün həmin prospektdən keçən 37 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

AzərTAc xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, təmirdən əvvəl Nəriman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti-Landau küçəsi-Hüseyn Cavid prospekti-Landau küçəsi-Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.

 





14.01.2017    çap et  çap et