525.Az

Son 10 ildə talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb


 

Son 10 ildə talassemiyadan ölənlərin sayı 5 dəfə azalıb<b style="color:red"></b> Respublika Talassemiya Mərkəzində (RTM) talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb.
 
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. RTM-də irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası əməliyyatına başlanandan bu günə qədər 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə ilik köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.
 
Qeydiyyatda olan 1541 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azalmasına nail olunub.
 





14.01.2017    çap et  çap et