525.Az

Bir həftənin əsgəri faciəli şəkildə öldü


 

Bir həftənin əsgəri faciəli şəkildə öldü<b style="color:red"></b> Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsində faciəvi hadisə baş verib.

Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, aprelin 3-də Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan gənc əsgər, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sərvan oğlu saat 15 radələrində özünü kazarmanın 3-cü mərtəbəsindən atıb. 18 yaşlı gənc əsgər hospitalda dünyasını dəyişib.
 
Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova Lent.az-a faktı təsdiqləyib. O bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır.
 





12.04.2013    çap et  çap et