525.Az

Azərbaycanda ana və uşaq doğuş zamanı ölüb


 

Azərbaycanda ana və uşaq doğuş zamanı ölüb<b style="color:red"></b>

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib.

APA-nın xəbərinə görə, hadisə Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Ağdaş rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Yuxarı Nəvətava kənd sakini, 1977-ci il təvəllüdlü Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı ötən gecə doğuş zamanı ölüb.
 
P. Məcidovanın ailə üzvləri faktla bağlı Prokurorluğa şikayət ediblər. Şikayətdə ölüm halının doğuşu aparan mama-ginekoloq, doğum şöbəsinin müdiri Yusifova Səfa Əsrayıl qızının səhvi ucbatından baş verdiyi bildirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





12.04.2013    çap et  çap et