525.Az

Yavər Camalov İtaliya şirkətinin baş direktorunu qəbul etdi


 

Yavər Camalov İtaliya şirkətinin baş direktorunu qəbul etdi<b style="color:red"></b> Bu gün müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) APA-ya verilən məlumata görə, Y. Camalov nümayəndə heyətinə MSN-nin fəaliyyəti barədə məlumat verib.
 
Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.
 
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edib.
 





16.01.2017    çap et  çap et