525.Az

Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə ikinci oldu


 

Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə ikinci oldu<b style="color:red"></b> İspaniyanın Madrid şəhərində 6-cı beynəlxalq rəsm müsabiqəsi keçirilib. Azərbaycanlı rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.
 
Bu bərədə 525.az-a rəssam özü xəbər verib.

Onun sözlərinə görə, yarışmada “Kalva ətrafında döyüş” əsəri ikinci yerə layiq görülüb:
 
“Əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım. Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra yaratmışam.

Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür”.
 
Müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tawan Chuntraskawvon qazanıblar.
 
Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. 77 əsərdən ibarət sərginin final mərhələsi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək.
 





17.01.2017    çap et  çap et