525.Az

Krımda azərbaycanlı iş adamı həbs olundu


 

Krımda azərbaycanlı iş adamı həbs olundu<b style="color:red"></b> Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.
 
İş adamının yaxınlarının APA-ya verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.
 
İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.
 
Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.
 
O, Krımda sahibkarlıqla məşğul olub.
 





17.01.2017    çap et  çap et