525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1778-ci il. İngilis dəniz səyyahı Ceyms Kuk Havay adalarını kəşf edən ilk avropalı olub.

Həmin vaxt C.Kuk Havay adalarını “Səndviç adaları” adlandırmışdı.

1871-ci il. Prussiya krallığının Fransa imperiyası üzərində qələbəsindən sonra Versal sarayında birləşmiş alman dövlətlərinin əsasında Almaniya imperiyası yaradılıb.

İmperiya Almaniyanın Birinci Dünya müharibəsində məğlubiyyətinə qədər yaşadı.
 
1886-cı il. İngiltərədə Xokkey Assosiasiyasının yaradılması ilə müasir xokkeyin əsası qoyulub.

1896-cı il. Rentgen cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilib.

Həmin dövrdə şüanın xarakteristikası fizikaya bəlli olmadığına görə ona “X şüası” adı verilmişdi.

1903-cü il. ABŞ Prezidenti Teodor Ruzveltin Britaniya Kralı VII Eduarda göndərdiyi radio mesajı Atlantik okeanı üzərindən ötürülən ilk rabitə əlaqəsi olub.

Bu ixtiranın – radionun müəllifi olan italiyalı elektrik mühəndisi Qulyelmo Markoni 1909-cu ildə simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə fizika üzrə Nobel mükafatına layiq görülüb.

1911-ci il. Tarixdə ilk dəfə olaraq, təyyarənin gəmi göyərtəsinə enişi həyata keçirilib.

Pilot Yugen Elinin idarə etdiyi təyyarə ABŞ-a məxsus “Pensilvaniya” gəmisinin göyərtəsinə enib.

1919-cu il. Birinci Dünya müharibəsinin başa çatmasından sonra Versal sülh konfransı işə başlayıb.

Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
 





18.01.2017    çap et  çap et