525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Yanvarın 19-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.
 
Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
 
Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz  6-8° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  80-90 %  təşkil edəcək.
 
Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı  gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. 
 
Rayonlarda bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
 
Yanvarın 19-20-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 





18.01.2017    çap et  çap et