525.Az

“Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır


 

“Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır<b style="color:red"></b> Uzun zamandır plenar müzakirələri ləngiyən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci il yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
 
O bildirib ki, artıq müvafiq qurumlardan gözlənilən rəylər də alınıb: “Sonuncu Təhsil Nazirliyinin rəyi idi, artıq onu da almışıq. Qanun layihəsi hazırdır və bu sessiya plenar iclasa tövsiyə edərək qəbul edə bilərik.

Psixoloji yardımla bağlı məsələlər Azərbaycanda o qədər aktualdır ki, hələ biz bu məsələdə bir qədər gecikmişik”.
 





18.01.2017    çap et  çap et