525.Az

Məşhur Hollivud aktyoru karyerasını başa vurdu


 

Məşhur Hollivud aktyoru karyerasını başa vurdu<b style="color:red"></b>

Əfsanəvi Hollivud ulduzu Cek Nikolson aktyorluq karyerasını bitirmək qərarına gəlib. O, sonuncu dəfə "Necə bilmək olar" ekran əsərində rol alıb.

"Report" xəbər verir ki, aktyorun bu qərarı barədə onun dostu və aktyor Piter Fonda məlumat verib.

Lakin o qeyd edib ki, 79 yaşlı Nikolson fövqəladə rol təklif olunarsa, çəkiliş meydançasına qayıtmağa hazırdır.

"Düşünürəm ki, o, faktiki olaraq təqaüdə çıxıb. Onun yerinə danışmaq istəmirəm. Lakin o artıq kifayət qədər işləyib və maliyyə baxımından da özünü təmin edib", – deyə Fonda bildirib.

Xatırladaq ki, Nikolson öz karyerası ərzində üç dəfə "Oskar" mükafatına layiq görülüb. Əlavə olaraq 9 dəfə isə sözügedən fəxri mükafata namizəd olub.

 





19.01.2017    çap et  çap et