525.Az

"Neftin ucuzlaşması xarici ticarətimizə təsir edib"


 

"Neftin ucuzlaşması xarici ticarətimizə təsir edib"<b style="color:red"></b> "Qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
 
DGK sədri deyib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, ötən il Azərbaycan 180 ölkə ilə ticarət həyata keçirib: "Düzdür, xarici ticarətimizin dövriyyəsi kəskin enib. 2015-ci ildə ixracımız 12,729 mlrd. dollar olduğu halda, ötən ilin yekununda bu rəqəm 9,143 mlrd. dollar təşkil edib. Bununla yanaşı, 2016-cı ilin əvvəlinə 9,216 mlrd. dollarlıq idxal əməliyyatı aparılmışdırsa, bu ilin əvvəlinə bu göstərici 8,523 mlrd. manata enib. Bildiyiniz kimi, DGK-nin əsas vergitutma bazası idxal əməliyyatlarına aiddir".
 
Komitə sədri əlavə edib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, qurum proqnoz tapşırığını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirib: "Ötən ilin proqnoz tapşırığı 1,81 mlrd. manat idi. Biz proqnozu 26%-dən yuxarı rəqəmlə yerinə yetirmişik".
 





19.01.2017    çap et  çap et