525.Az

"Sınıq Körpü"dəki növbələrin və problemlərin səbəbi açıqlandı


 

"Sınıq Körpü"dəki növbələrin və problemlərin səbəbi açıqlandı<b style="color:red"></b> Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına aydınlıq gətirib.
 
"APA-Economics" xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında A. Əliyev bildirib:

"Bir vaxtınızı sərf edin və Azərbaycandan Gürcüstan istiqamətində gedənlərə nəzər salın. Görün Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var? Gürcüstanda isə müəyyən işbazlar var ki, Azərbaycana gələnlərə "Pampers", siqaret verirlər və deyirlər ki, sizdə bunlardan yoxdur. Mən hələ Gürcüstana ailəvi şəkildə alver məqsədi ilə gedənləri, gündə, ayda bir neçə dəfə sərhədi keçənləri demirəm.

Təsəvvür edin, bu adamlar ailəvi şəkildə gündə bir neçə dəfə sərhədi keçirlər və oradan icazə verilən normativdən artıq mal və məhsul gətirirlər".
 





19.01.2017    çap et  çap et