525.Az

20 Yanvar günü hava necə olacaq?


 

20 Yanvar günü hava necə olacaq? <b style="color:red"></b> Yanvarın 20-də Bakı və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz  4-6° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 %  təşkil edəcək.
 
Rayonlarda bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
 
Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
 





19.01.2017    çap et  çap et