525.Az

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər


 

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər<b style="color:red"></b> Gürcüstan hökumətinin "Qazprom"la imzaladığı müqavilə vətəndaş cəmiyyəti tərəfindən də birmənalı qarşılanmayıb.

"APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, müqavilənin şərtləri "kommersiya sirri" olduğundan açıqlana bilməz. 80-dək qeyri-hökumət təşkilatı detalların açıqlanmasının vacib olduğunu bildirir.
 
Ekspertlər müqavilənin Gürcüstana vuracağı zərəri hesablamağa da çalışır.
 
Ekspert Aleksandr Tvalçrelidzenin fikrincə, "Qazprom" ilə razılaşma çərçivəsində Gürcüstan hər il 20-30 mln. dollar itirəcək və ölkəyə idxal olunacaq Rusiya qazının həcmi azalacaq: "Rusiya tərəfinə tranzit haqqını qazla yox, pulla ödəmək sərf edir. Gürcüstana isə əksinə. Ermənistan Gürcüstandan 1,8 dəfə çox Rusiya qazı istehlak edir və "Qazprom"un ora nəql etdiyi qazın 10%-i bizim ümumi istehlakın 12-13%-ni təşkil edir. Söhbət kifayət qədər ciddi rəqəmdən gedir. Başqa sözlə, Gürcüstan ziyandadır".
 
Mütəxəssislərin fikrincə, yeni şərtlər Gürcüstanı dilemma qarşısında qoyur: ya Azərbaycandan idxalı artırmaq, ya da Rusiyadan yeni şərtlərlə qaz almaq.
 





19.01.2017    çap et  çap et