525.Az

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi


 

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi<b style="color:red"></b> Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
 
APA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
 
20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
 





20.01.2017    çap et  çap et