525.Az

Azxeber.com informasiya portalı 3 yaşını qeyd edir


 

Azxeber.com informasiya portalı 3 yaşını qeyd edir<b style="color:red"></b>

Bu gün Azxeber.com informasiya portalının 3 yaşı tamam olur.

Azxeber.com xəbər portalı 2009-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb.

Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Portala gün ərzində 25-30 min arası İP-dən insan daxil olur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com informasiya portalının təsisçisiHacıbəy Heydərlibildirib ki, 3 il ərzində portal 10-a yaxın mükafat alıb: “Bu günə qədər Azxeber.com xəbər portalı media sahəsində müxtəlif mükafatlara layiq görülüb, Mətbuat Şurası tərəfindən “ilin ən perspektivli media orqanı” seçilib. Bu günə qədər bizə etimad göstərən, inanan hər kəsə təşəkkürümüzü bildiririk və əminik ki, portalımız bundan sonra da böyük uğurlar qazanacaq.

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azxeber.com informasiya portalı “Facebook” sosial şəbəkəsində ən çox üzvü olan ana-dilli saytdır: "Hazırda portalımızın “facebook” sosial şəbəkəsində 106 mindən çox üzvü var. Bu göstəriciyə görə, Azərbaycanda ən çox üzvü olan ana-dilli xəbər portalıyıq. Səhifəmizdə xəbərlərlə yanaşı maraqlı məlumatlar, fotolar, videolar da paylaşılır. Portalımıza gündəlik giriş sayı isə 25-35 min İP arası dəyişir. Onu da qeyd edim ki, kollektivimiz 4 nəfərdən ibarətdir. İnşAllah gənc həmkarlarımızla birlikdə daha böyük uğurlar qazanacağıq”

Xatırladaq ki, AZXEBER.COM xəbər portalı gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

 





13.04.2013    çap et  çap et