525.Az

Hər il təxminən 12 milyon hektar meşə sahəsi məhv olur


 

Hər il təxminən 12 milyon hektar meşə sahəsi məhv olur<b style="color:red"></b>

BMT-nin mənzil-qərargahında bu təşkilatın meşələr üzrə xüsusi forumu keçirilib. Tədbirdə 2017-2030-cu illər ərzində dünyanın quru səthinin ən zəngin və məhsuldar hissəsi olan meşələrin qorunmasının strateji planı müzakirə edilib.

AzərTAc BMT-nin xəbər mərkəzinə istinadla bildirir ki, strateji plan dünyanın yeni quruluşu çərçivəsində müxtəlif növ meşə sahələrinin davamlı inkişaf etdirilməsi və səmərəli istifadə olunmasında BMT-nin bu məsələyə baxışını özündə əks etdirir.

Ümumi sahəsi dörd milyard hektar olan meşələr Yer kürəsinin 30 faiz ərazisini təşkil edir. Meşə təsərrüfatı torpaq ekosistemləri və atmosfer arasında karbohidrat mübadiləsində əsas, yoxsulluğun aradan qaldırılması istiqamətində böyük rol oynayır. Dünyada içməli suyun dörddə üçü meşələrdən əldə olunur. Meşələr torpaq sürüşmələri və eroziyasının qarşısını alır, flora və faunanın növlərinin 80 faizinin məskəni hesab olunur.

Forum iştirakçıları meşə və ağacların səmərəli istifadəsinin 2030-cu ilə qədər davamlı inkişaf istiqamətində nəzərdə tutulan 17 əsas hədəfinin reallaşdırılmasında böyük rol oynayacağı qənaətindədirlər. Bütün bunlara baxmayaraq bu gün dünyanın bir çox bölgələrində meşələrin məhv edilməsi və deqradasiyası prosesi hələ də davam etməkdədir. Yer kürəsi səthində hər il təxminən on iki milyon hektar meşə sahəsi məhv edilir. BMT mütəxəssisləri bütün ölkələri bu təhlükəli cərəyanı durdurmağa səsləyiblər.

 





21.01.2017    çap et  çap et