Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən könüllülər üçün ərəb dili kursları təşkil olunub.
Fondun aparat rəhbəri İsaxan Vəliyev AzərTAc-a bildirib ki, könüllülər üçün ərəb dili kurslarının təşkil edilməsi bu il ölkəmizdə keçiriləcək möhtəşəm tədbir – IV İslam Həmrəylik Oyunları ilə əlaqədardır. Məqsəd həmin möhtəşəm tədbirdə iştirak etmək üçün ərəb ölkələrindən respublikamıza gələcək qonaqlara Azərbaycan həqiqətlərini daha ətraflı çatdırmaqdır.
İ.Vəliyev vurğulayıb ki, Bilik Fondu IV İslam Həmrəylik Oyunları ilə bağlı digər maarifləndirmə tədbirləri də reallaşdırır.
çap et