525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq?<b style="color:red"></b> Yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var.
 
Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz  3-5° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90% təşkil edəcək.
 
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
 
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
 
Yanvarın 22-si gündüzdən 23-ü gündüzədək əsasən şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Cavid QƏDİR
 





21.01.2017    çap et  çap et