525.Az

Həftənin ilk iş günü hava necə olacaq?


 

Həftənin ilk iş günü hava necə olacaq? <b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi  gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-2° isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz  6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 65-75 % təşkil edəcək.
 
Rayonlarda yanvarın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
 





22.01.2017    çap et  çap et