525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2004-cü il. Azərbaycan prezidenti İlham Əliyev Fransaya rəsmi səfər edib.

Bu, İlham Əliyevin ilk xarici rəsmi səfəri olub.

Səfər çərçivəsində Yelisey sarayında Jak Şirakın vaxtilə Heydər Əliyevi təltif etdiyi “Fəxri legionun böyük xaç komandoru” ordeninin İlham Əliyevə təqdim edilməsi mərasimi keçirilib.

İlham Əliyev isə Jak Şiraka “Heydər Əliyev” ordenini təqdim edib.
 
1556-cı il. Çində baş vermiş dəhşətli zəlzələ 830 min insanın həyatına son qoyub.

Tarixin ən dağıdıcı zəlzələsi sayılan həmin yeraltı təkanın gücü 11 bala çatıb.

Nəticədə Şensi əyalətinin bir sıra rayonlarında bir nəfər də olsun sağ insan qalmayıb.

Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır.

1849-cu il. Amerikalı həkim Elizabet Blakvel dünyanın ilk tibb təhsili alan qadını kimi tarixə düşüb.
 
1912-ci il. Haaqada Beynəlxalq Opium Konvensiyası imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub.
 
1992-ci il. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
 





23.01.2017    çap et  çap et