525.Az

"Universitet təhsili olmayan sürücü" prezident oldu


 

"Universitet təhsili olmayan sürücü" prezident oldu<b style="color:red"></b>

Venesuelanın yenə prezidenti məlum olub. Uqo Çavesin ölmədən əvvəl varis elan etdiyi Nikolas Maduro ölkənin yeni prezidenti seçilib.

Rəsmi rəqəmlərə görə, Maduro səslərin 50,8, onun rəqibi olan müxalifət lideri Enrike Kapriles isə səslərin 49,1 faizini alıb.

23 noyabr 1962-ci ildə paytaxt Karakasda anadan olanj Maduro orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyib, 70-80-ci illərdə Karakas metro sistemi işçilərini təmsil edən həmkarlar ittifaqında çalışıb.

Beşinci Respublika Hərəkatı Partiyasının qurucularından olan Maduro 1998-ci ildə Nümayəndələr Palatasına, 1999-cu ildə Qurucu Məclisə, 2000 və 2005-ci illərdə Milli Məclisə üzv seçilib.

2005-2006-cı ilin ilk yarısında parlament sədri, 2006-cı ildə xarici işlər naziri, 2012-ci ildə vitse-prezident olub. 2006-2011-ci illərdə parlament sədri olan Cilia Floreslə evlidir. Qəribləri onu "universitet təhsili olmayan sürücü" adlandırır. Çaves isə ölmədən əvvəl onu inqilabçı, gənc olmasına baxmayaraq böyük təcrübəyə sahib birisi, ən çətin işlərin öhdəsindən gələ biləcək adam kimi təqdim edib.

TRT

 





15.04.2013    çap et  çap et