525.Az

Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib


 

Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.
 
Zərərçəkənlər isə buna etiraz edib və dəymiş ziyanın tam ödənilməsini istəyib.
 
Məhkəmədə fasilə elan olunub.
 
Fasilədən sonra qərar açıqlanacaq.
 





24.01.2017    çap et  çap et