525.Az

Məhkəmə Maşallah Əhmədova yenə vaxt verdi


 

Məhkəmə Maşallah Əhmədova yenə vaxt verdi<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov bildirib ki, M. Əhmədov ona 50 min manatı sabah versə, qalan 78 min manat borcu başqa vaxt ala bilər.
 
M. Əhmədov isə 50 min manatı sabah verəcəyini deyib.
 
Buna görə prosesi sabahadək təxirə salınıb.
 





24.01.2017    çap et  çap et