525.Az

Gənc yazıçılar üçün ssenari kursları


 

Gənc yazıçılar üçün ssenari kursları<b style="color:red"></b>

Gənc yazıçılar üçün 3 ay müddətinə ssenari kursları təşkil olunacaq.

Tanınmış yazıçı, AYB-nin katibi İlqar Fəhmi AzərTAc-a bildirib ki, ssenari kurslarının iştirakçıları ümumi nəzəri biliklərə yiyələnəcəklər.
 
Kurslarda iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

O bildirib ki, ssenari kurslarının dinləyiciləri üçün seminarlar bir neçə istiqamətdə aparılacaq. İlkin mərhələdə filmin ideyasının qoyulması və bədii həllinin müəyyənləşdirilməsi, süjet xəttinin inkişaf üsulları haqqında məlumatlar veriləcək.

Hər həftənin şənbə günü təşkil ediləcək kurslarda iştirak edənlərə sonda sertifikatlar veriləcək.

 





24.01.2017    çap et  çap et