525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2001-ci il. Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunan rəsmi mərasim keçirilib.

Heydər Əliyevin iştirak etdiyi mərasimdə Avropa Şurasının binası önündə Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyü barədə qərar 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında qəbul edilib.

1858-ci il. Əsasən xarici ölkələrdə toy mərasimlərində səsləndirilən “Evlilik marşı” ilk dəfə Britaniya Kraliçası Viktoriyanın qızı Viktoriya ilə Prussiya şahzadəsi Fridrixin toyunda ifa olunub.

Həmin vaxt bəstəkar Feliks Mendelsonun ifa etdiyi musiqi sonradan bütün dünyada geniş yayıldı.

2011-ci il. “Ərəb baharı”nın sıçradığı növbəti ölkədə - Misirdə inqilabla nəticələnən etirazlar, küçə nümayişləri, yürüşlər, kütləvi itaətsizlik kampaniyaları başlayıb.

İnqilab nəticəsində Misirdə hakimiyyət dəyişikliyi baş verib və 1981-ci ildən iqtidarda olan prezident Hüsnü Mübarək istefaya göndərilib.

1942-ci il. Portuqaliyalı məşhur futbolçu Eysebio anadan olub (1942-2014).

Mozambik əsilli futbolçu karyerası ərzində keçirdiyi 431 oyunda 423 qol vurub. Eysebio 1965-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.
 





25.01.2017    çap et  çap et