525.Az

Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı işdən çıxarıldı


 

Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı işdən çıxarıldı<b style="color:red"></b> Sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.     
 
APA-nın məlumatına görə, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib. 
 
Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib.

Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.
 





25.01.2017    çap et  çap et