525.Az

Roma meri korrupsiya işi ilə bağlı prokurorluğa çağırıldı


 

Roma meri korrupsiya işi ilə bağlı prokurorluğa çağırıldı<b style="color:red"></b> Roma meri Virciniya Raci korrupsiya işinin istintaqı çərçivəsində prokurorluğa çağırılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayət işi dələduzluqda şübhəli bilinərək həbs olunan məmurlardan birinin qardaşı Renato Marranın Roma şəhər Turizm Departamentinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı başlanıb.  
 
Vəzifə səlahiyyətlərindən sui-istifadə və sənədlərin saxtalaşdırılmasında şübhəli bilinən Virciniya Racinin dindirilməsi yanvarın 30-na təyin edilib. Virciniya Raci günahsız olduğunu iddia edir.
 
Qeyd edək ki, Romada korrupsiya qalmaqalı dekabrın ortalarından başlayıb. Virciniya Racinin yaxın tərəfdarlarından biri hesab edilən meriya personalı üzrə xidmətin rəhbəri Raffaele Marra Romada daşınmaz əmlakla bağlı dələduzluqda şübhəli bilinərək həbs edilib. Onunla birlikdə tikinti biznesi ilə məşğul olan İtaliyanın ən iri sahibkarından biri həbs edilib.    
 
Bu ayın əvvəlində həbs olunan Raffaele Marranın qardaşı Renato Marra yeni təyin olunduğu  Turizm Departamentinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
 





25.01.2017    çap et  çap et