525.Az

Tramp neft borularının tikintisini bərpa etdi


 

Tramp neft borularının tikintisini bərpa etdi<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp “Dakota Access Pipeline” və “Keystone XL” neft borularının tikintisinin bərpa olunması barədə sərəncamlar imzalayıb.
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qeyd olunan boruların tikintisi Barak Obamanın hakimiyyəti dövründə təbiət müdafiəçilərinin etirazları səbəbindən dayandırılmışdı.
 
Məlumata görə, “Dakota Access Pipeline” borusunun tikintisi 3,8  mlrd. dollara başa gələcək. Neft bu boru vasitəsi ilə Şimali Dakotadan İllinoysa tədarük ediləcək. 
 
Şimali Dakota hinduları neft borusunun tikintisinə qarşı sərt çıxış edirlər.
 





25.01.2017    çap et  çap et