525.Az

Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusu maraqlara uyğundur


 

Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusu maraqlara uyğundur<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir, çünki  bu, ABŞ-ın maraqlarına uyğundur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib. 
 
“Çünki o, razılıq əldə etməyi bacarır və o, ABŞ-ın maraqlarına cavab verən razılaşmalara nail olacaq”, - deyə Spayser jurnalistin Trampın Rusiya ilə münasibətləri bərpa etməyə çalışmasının səbəbinə dair sualına cavab olaraq bildirib.
 





25.01.2017    çap et  çap et