525.Az

Keçmiş rəis müavini intihar etdi


 

Keçmiş rəis müavini intihar etdi<b style="color:red"></b> Bakıda intihar olub.
 
Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.
 
O, yerindəcə ölüb.
 
APA-nın əldə etdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.
 
İntiharın səbəbləri araşdırılır.
 





25.01.2017    çap et  çap et