525.Az

Rövnəq Abdullayevdən Prosineçkinin "Bursaspor"a keçidinə qadağa


 

Rövnəq Abdullayevdən Prosineçkinin "Bursaspor"a keçidinə qadağa<b style="color:red"></b>

AFFA prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçidinə icazə verməyib.

Qol.az-ın xəbərinə görə, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi R.Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyiblər.

Qeyd edək ki, R.Prosineçkinin AFFA ilə müqaviləsi bu ilin sonu başa çatır.

 





25.01.2017    çap et  çap et