525.Az

“Romeo və Culyetta” Mədəniyyət və İncəsənət Universitetində


 

“Romeo və Culyetta” Mədəniyyət və İncəsənət Universitetində <b style="color:red"></b>

Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupları III kurs “Aktyor sənəti” ixtisası tələbələrinin ifasında, kurs rəhbəri, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə hazırladıqları V.Şekspirin “Romeo və Culyetta” faciəsi növbəti dəfə Səda Tədris Teatrında tamaşaçılara təqdim olunub.

Tamaşaya “Elm çırağı” İctimai Birliyi və “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın üzvləri, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası və Milli Aviasiya Akademiyasında təhsil alan tələbələr də dəvət olunublar.

Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa gənclərə böyük təsir bağışlayıb.
 
Elm və sənət adamları, ziyalılar tamaşadan sonra yekdilliklə həmin heyətin repertuarının zənginləşdirilməsi və hazırlanan tamaşaların xarici ölkələrin müxtəlif səhnələrində də oynanılmasını tövsiyə ediblər.

 





25.01.2017    çap et  çap et