525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Yanvarın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0-2° isti, gündüz  7-9° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.
 
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





25.01.2017    çap et  çap et