525.Az

Folklor Studiyası yaradıldı


 

Folklor Studiyası yaradıldı<b style="color:red"></b> Azərbaycanda folklor nümunələrinin saxlanılması və daha geniş ictimaiyyətə çatdırılması üçün Folklor Studiyası yaradılıb.
 
Azərbyacan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov APA-ya bildirib ki, bu ildən studiya tam gücü ilə fəaliyyətə başlayıb:
 
“Folklor nümunələrinin öyrənilməsi, araşdırılması sahəsində görülən işlərin bir tərəfi də mövcud materialların praktik cəhətdən işlənməsidir. Folklor materiallarının, disklərin hazırlanması, sənədli filmlərin çəkilməsivə digər məsələlər studiyada həyata keçiriləcək. Studiyanın yaradılması ilə imkanlar genişləndiyi üçün daha çox işlərin görülməsi planlaşdırılır.

“Azərbaycançılıq və multukulturalizm” layihəsinin tərkib hissəsindən biri kimi studiyanın xətti ilə azsaylı xalqların zəngin folklor mədəniyyətinin, folklor ansamblarını, nümunələrinin disklərə köçürülməsi, geniş şəkildə yayılması təmin ediləcək”.
 





25.01.2017    çap et  çap et