525.Az

Kolumbiya rəsmiləri Tərcümə Mərkəzində


 

Kolumbiya rəsmiləri Tərcümə Mərkəzində<b style="color:red"></b>

Yanvarın 25-də Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Galindo və konsulu Kelly Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.

Nəşri bu ilin aprel ayında Kolumbiya Milli Nəşriyyatında baş tutacaq kitabın təqdimatı və digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.

 





25.01.2017    çap et  çap et