525.Az

Ermənistanı terrorla hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edildi


 

Ermənistanı terrorla hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edildi<b style="color:red"></b> Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib.
 
APA-nın “news.am” saytına istinadən verdiyi  məlumata  görə, bunu Rusiyan Daxili İşlər Nazirliyinin İnterpol Milli  Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib.
 
“Kipr İnterpolu ilə birgə apardığımız iş nəticəsində terror aktları barədə yalan məlumatlar yayan Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Həmin şəxs Larnaka hava limanını, habelə Ermənistan, Belarus və Qazaxıstan hakimiyyət orqanlarına aid obyektlərini partladacağını deyib.
 
A. Prokopçukun sözlərinə görə, terror aktı barədə yalan müraciət maddəsi ilə cinayət işi açılıb.
 





25.01.2017    çap et  çap et