525.Az

"Bələdçilərimiz hələ də London polisindədirlər"


 

"Bələdçilərimiz hələ də London polisindədirlər"<b style="color:red"></b> "Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir".

Bunu "APA-Economics"ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
 
"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.
 
O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.
 
"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.
 





25.01.2017    çap et  çap et