525.Az

Daşkənd aeroportuna İslam Kərimovun adı verildi


 

Daşkənd aeroportuna İslam Kərimovun adı verildi<b style="color:red"></b> Daşkənd beynəlxalq hava limanına Özbəkistanın sabiq prezidenti İslam Kərimovun adı verilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Özbəkistan prezidenti Şövkət Mirziyoyev müvafiq sərəncam imzalayıb.
 
Bundan başqa, İ.Kərimovun çalışdığı iqamətgahda Elmi-maarifləndirici memorial kompleksi yaradılacaq. Oradaca ilk Özbəkistan prezidentinin adını daşıyan ictimai xeyriyyə Fondu fəaliyyət göstərəcək, Səmərqənddə isə İ.Kərimovun adına muzey açılacaq. 
 
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov ötən il, sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib.
 





25.01.2017    çap et  çap et