525.Az

Suriyada mülki vətəndaşlar üçün "təhlükəsizlik zonaları" yaradılacaq


 

Suriyada mülki vətəndaşlar üçün "təhlükəsizlik zonaları" yaradılacaq<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp Suriyada mülki vətəndaşlar üçün "təhlükəsizlik zonaları" yaratmaq niyyətindədir.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı ABŞ-ın dövlət başçısı Pentaqon və Dövlət Departamentinə müvafiq tapşırıq verib.
 
Sərəncamın təfərrüatları barədə hələ ki, məlumat verilmir.
 
Bundan əvvəl Obama administrasiyası Suriyada "təhlükəsiz zonalarının” yaradılmasını nəzərdən keçirsə də, bunun mürəkkəb proses olması və ABŞ-ın Suriya daxili münaqişəyə cəlb edilməsindən ehtiyat edib.
 





26.01.2017    çap et  çap et