525.Az

Regional Mədəniyyət və Turizm İdarələrində yeni rəislər


 

Regional Mədəniyyət və Turizm İdarələrində yeni rəislər <b style="color:red"></b> Bir sıra Regional Mədəniyyət və Turizm İdarələrinə yeni rəislər təyin olunub.
 
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb.
 
Əmrə əsasən Ramiz Quliyev Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quluyev isə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
 





26.01.2017    çap et  çap et