525.Az

Şairlər günü regionlarda da qeyd ediləcək


 

Şairlər günü regionlarda da qeyd ediləcək<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) birgə təşkilatçılığı ilə iyunun 6-da ölkəmizdə yeddinci dəfə şairlər günü keçiriləcək.

Bu barədə AzərTAc-a məlumat verən AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza qeyd edib ki, şairlər günü Bakı ilə yanaşı, Beyləqan, Şabran, Şamaxı və digər bölgələrdə də qeyd ediləcək. İlk tədbir Xızıda Mikayıl Müşfiqi anma mərasimi ilə başlayacaq.

Bildirilib ki, görüşlər Bakıda yekunlaşacaq, əsərləri fərqlənən şairlərə Mikayıl Müşfiq mükafatı təqdim ediləcək.

 





26.01.2017    çap et  çap et