525.Az

“YARAT”da klassik musiqi axşamı


 

“YARAT”da klassik musiqi axşamı<b style="color:red"></b>

Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq.

Mərkəzdən AzərTAc-a bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək konsertdə hər kəs iştirak edə bilər.

Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.

Qeyd edək ki, bir çox beynəlxalq müsabiqələrin laureatı olan orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda təşkil olunmuş festivallarda uğurla çıxış edib.

 





26.01.2017    çap et  çap et