525.Az

Yer kürəsi tarixində dönüş anı barədə mif puç oldu


 

Yer kürəsi tarixində dönüş anı barədə mif puç oldu<b style="color:red"></b>

Hesab edilir ki, 470 milyon il əvvəl bioloji növlərin sayının kəskin çoxalması təxminən elə həmin vaxt baş verən meteorit “bombardmanı” ilə bağlı olub. Lakin Danimarka və İsveçdən olan bir qrup alim bildirib ki, Yer üzündə gələcək həyatın tarixinə təsir edən təkamül sıçrayışı asteroidlərlə deyil, digər səbəblə bağlı ola bilər.

AzərTAc “Moskovskiy komsomolets” nəşrinə istinadla xəbər verir ki, yeni tədqiqat haqqında material “Nature Communications” elmi jurnalında dərc edilib.

Mütəxəssislər yarım milyard ildən çox əvvəl başlamış və təxminən 42 milyon il davam etmiş ordovik dövrünə aid meteorit qalığı nümunələrini tədqiq ediblər. Alimlər bu nəticəyə gəliblər ki, bu obyektlər planetdə bioloji müxtəlifliyin sürətlə inkişaf etməyə başlamasından təxminən üç milyon il sonra Yer üzünə düşməyə başlayıb. Deməli, səmadan düşən daşların “bioloji bum” üçün zəruri maddələr gətirməsinə əsaslanan nəzəriyyə, çətin ki, həqiqətə uyğun olsun.

Yer üzündə canlı orqanizmlərin məskunlaşmasına prinsipial təsir göstərən “Ordovik dövründə böyük bioloji şaxələnmə” adlı hadisənin səbəbi hazırda alimlər üçün tam aydın deyil. Daha çox populyar (və yeni məlumatlarla təsdiq olunmayan) versiyaya görə, yeni növlərin yaranmasını təmin edən maddələr Yer kürəsinə onun yaxınlığında böyük asteroidin dağılmasından və onun hissələrinin Yerə meteorit yağışı kimi “yağmasından” sonra baş verib.

 





26.01.2017    çap et  çap et