525.Az

Alman-Azərbaycan Xarici Ticarət Palatasında yeni sədr


 

Alman-Azərbaycan Xarici Ticarət Palatasında yeni sədr <b style="color:red"></b> Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İdarə Heyətinə yeni sədr seçilib.
 
Bu barədə “APA-Economics”ə Palatadan məlumat verilib.
 
F. Haydrix Azərbaycanda və digər MDB ölkələrində əsasən Korporativ Müştərilər üçün Ticarətin Maliyyələşdirilməsi üzrə layihələrdə təcrübəyə malikdir. O, 1993-2009-cu illər ərzində “Dresdner” bankında bir çox vəzifədə çalışıb. F.Haydrix MDB ölkələrində Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə Maliyyə Müəssisələrində beş illik təcrübəyə sahibdir. F. Haydrix 2003 və 2005-ci illərdə müvafiq olaraq Dresdner Bankının Daşkənd və Almatı ofislərinin rəhbəri vəzifəsində çalışıb.
 
İçməli su, tullantı suları və emal olunmuş sular üçün təmizləyici qurğuların dizaynı, inşası və istismarı sahələrində aparıcı podratçılardan olan “PWT Wasser- und Abwassertechnik GmbH” şirkətinin Bakı filialında çalışmazdan əvvəl F. Haydrix Berlinin “Textima GMBH” şirkətinin Bakı ofisində iki il regional menecer vəzifəsini icra edib. 2015-ci ilin mart ayından etibarən F. Haydrix 2007-ci ildən AHK Azərbaycanın ən fəal üzvlərindən biri olan “PWT Wasser- und Abwassertechnik GmbH” şirkətinin Bakıdakı filialının rəhbəridir.
 
Qeyd edək ki, buna qədər Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri “Siemens AG” şirkətinin Azərbaycandakı nümayəndəliyinin Baş icraçı direktoru Samir Axundov olub.
 
Bundan əlavə, AHK Azərbaycanın İdarə Heyəti KPMG Azərbaycan şirkətinin hüquq xidmətlərinin rəhbəri Fərid İsayevi İdarə Heyətinin sədr müavini və “Səhhət” Alman-Azərbaycan Klinikasının təsisçisi və direktoru Malik Kərimovu Palatanın xəzinədarı təyin edilib.
 
Qeyd edək ki, İdarə Heyətinin üzvləri üç il müddətinə təyin olunur.
 





26.01.2017    çap et  çap et