525.Az

Everest zirvəsinin hündürlüyü yenidən ölçüləcək


 

Everest zirvəsinin hündürlüyü yenidən ölçüləcək<b style="color:red"></b>

Alimlər 2015-ci ildə Nepalda baş verən güclü zəlzələnin Everestə təsirini müəyyən etmək üçün zirvənin hündürlüyünü yenidən ölçəcəklər.

AzərTAc “gismeteo.ru” saytına istinadla xəbər verir ki, bu barədə Hindistanın baş geodeziyaçısı Svarna Subba Rao məlumat verib.

Onun sözlərinə görə, bir qrup alim mübahisələrə son qoymaq ümidi ilə Everest zirvəsinin hündürlüyünü yenidən ölçmək üçün qonşu Nepala yola düşəcək.

Nepalda baş verən və 80 ildən çox keçən müddətdə regionun ən güclü təbii fəlakətinə çevrilən 7,8 bal gücündə dağıdıcı zəlzələ minlərlə insanın ölümü ilə nəticələnib və bütün Himalay sisteminin landşaftını dəyişib.

Peyk məlumatları əsasında Everestin hündürlüyünün zəlzələ nəticəsində müxtəlif yerlərdə bir neçə millimetrdən 2,5 santimetrə qədər azalması ehtimal olunub. 2010-cu ilə aid son rəsmi qeydlərə görə, Everest dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir.

Svarna Subba Rao deyib: “Nepalda baş verən ciddi zəlzələdən iki il keçib. Elmi ictimaiyyət arasında yaranan mübahisələr və şübhələr zirvənin hündürlüyünü təzədən ölçmək üçün yeni ekspedisiya təşkil etməyə rəvac verib.

Komanda iki ay ərzində zirvəyə yola düşəcək. Ölçmə işlərinə bir ay, rəsmi məlumatların elan olunmasına isə iki həftə vaxt lazım gələcək”.

 





26.01.2017    çap et  çap et